Airvent.az üçün Korporativ sayt
Layihə məqsədi:
Airvent MMC olaraq Azərbaycanın daxili bazarında havalandırma və izolyasiya, istilik və soyutma, yanğından mühafizə, su və drenaj sistemləri məhsullarının topdan və pərakəndə satışını təşkil edirik. Şirkətimiz əhatə etdiyi sahələr üzrə xarici şirkətlərin məhsullarının rəsmi nümayəndəsidir və yerli bazara idxal edərək müştərilərinə təklif edir.
Şirkətə öz xidmətlərini və məhsullarını müştərilərə təqdim edən vebsayt lazım idi. Bu sayt kataloq saytıdır, lakin eyni zamanda, malları səbətə atmaq olar ki, bu da sorğu göndərərkən çox rahatdır. Bütün sifarişlər admin panelinə keçir və sonra menecer müştəri ilə əlaqə saxlayaraq sifarişi dəqiqləşdirə bilər.
Şirkətin hədəf auditoriyası - havalandırma sistemlərindən istifadə edən həm şəhərdə, həm də şəhərdən kənarda yerləşən bütün obyektlər.
Bundan əvvəl şirkətin veb-saytı yox idi, bu, birincidir.
Sayt Elementor istifadə edərək WordPress CMS-də qurulmuşdur və 2 dilə malikdir.